Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Qafqaz nümayəndəliyinin rəhbəri və üzvləri ilə görüş keçirilib.
20 noyabr 2024-cü il tarixdə respublikamızda dünyanın ən irimiqyaslı tədbirinin – COP29-un keçirildiyi bir dövrdə ölkəmizə bir çox dövlətlərdən qonaqlar gəlmiş, tədbir çərçivəsində rayonumuza səfər etmiş Ümumdünya Təbiəti Mühafizə Fondu Qafqaz nümayəndəliyinin (WWF) rəhbəri Giorgi Sanadiradze, Qafqaz üzrə ekoloji portfolio (kfW) meneceri Frank Moerscel, layihə komandasının üzvləri Jernej Stritih və Xəyyam İsmayılovla Quba Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişdir.
Subyekt.az