Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu vurğulayıb.
Subyekt.az Turkustan.az -a istinadən xəbər verir ki, Dmitri Peskov “Reuters” nəşri ilə bağlı keçirdiyi brifinqdə Putinlə ABŞ-ın gələcək prezidenti Donald Tramp arasında Ukrayna məsələlərinə dair mümkün təmasları şərh edib.
“Prezident həqiqətən dəfələrlə, daha doğrusu, daim təmaslara və danışıqlara hazır olduğunu bəyan edir”, – deyə Kreml nümayəndəsi qeyd edib.
Putin qeyd edib ki, Moskva siyasi və diplomatik vasitələrlə Ukraynada xüsusi əməliyyatın məqsədlərinə çatmağa hazırdır və razılaşmalar 2022-ci ilin martında İstanbulda keçiriləcək danışıqlar üçün hazırlanan razılaşmalara əsaslana bilər. Gələcək müqavilənin prinsiplərinə Ukraynanın neytral, bloklara qoşulmama statusu və onun ərazisində xarici silahların, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtina etməsi ilə bağlı öhdəliklər yer alırdı.
Subyekt.az