![]()
Türk dünyası elminə və təhsilinə verdiyi mühüm töhfələrə görə tanınmış alim, Texniki elmlər doktoru, professor Şahin Hümbət oğlu Həsənov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Böyük Turan” Ordeni ilə təltif edilib.
Təltifetmə mərasimi Türkiyə Respublikasında keçirilib. Ali mükafat alimə Türk dünyasında elmin inkişafına verdiyi töhfələrə, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi istiqamətində uzunmüddətli, səmərəli xidmətlərinə görə təqdim olunub.
Qeyd edək ki, “Böyük Turan” Ordeni Türk dünyasının elmi və mədəni dəyərlərinə xidmət edən, beynəlxalq miqyasda nüfuz qazanmış şəxslərə verilən ən ali mükafatlardan biri hesab olunur.
Xatırladaq ki, Şahin Həsənov Texniki elmlər doktoru, professor olmaqla yanaşı, Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, həmçinin Respublikanın Fəxri Yol İnşaatçısıdır. O, uzun illər ərzində nəqliyyat və texniki elmlər sahəsində apardığı fundamental tədqiqatlar və elmi-pedaqoji fəaliyyəti ilə tanınır.
Şahin müəllimi bu yüksək mükafat münasibətilə ürəkdən təbrik edir, elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.

Rövşən Hüseynli
Subyekt.az