Bu gün Bakıda Heydər Əliyev Mərkəzində “Pre-COP29” tədbiri öz işinə başlayıb. Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətini COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oxuyub. Tədbir iki gün davam edəcək.
Subyekt.az