Prezident onu vəzifəsindən azad etdi – Yeni təyinat
15 Aprel 2025
2
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Daha bir Sərəncamla H.Məmişov maliyyə nazirinin müavini təyin edilib.