![]()
Dövlət Gömrük Komitəsinin əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələr aşkar edilib.
Gömrük əməkdaşlarının Göygöl rayonu ərazisindəki keçirdikləri tədbirlər nəticəsində 28 adda ümumilikdə 23353 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az