![]()
Fransa Türkiyə ilə Suriyanın şimal-şərqindəki kürdlər arasında razılıq əldə etməyə çalışır. Xəbər verilir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib. O vurğulayıb ki, kürdlər istənilən siyasi keçid prosesinin bir hissəsi olmalıdır. Onun sözlərini “Reuters” sitat gətirib. “Biz əminik ki, hər kəsin maraqlarını təmin edəcək razılaşma tapıla bilər. Biz bunun üzərində işləyirik”, – deyə Barro əlavə təfərrüatlar verməkdən imtina edib. Onun sözlərinə görə, prezident Emmanuel Makron bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirib.
Subyekt.az