![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhərinin Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Sülh küçəsi 35 ünvanında baş tutan qəbulda seçicilərlə yanaşı, müxtəlif rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.
Subyekt.az xəbər verir ki, qəbul zamanı vətəndaşları narahat edən əsas məsələlər başlıca olaraq, sosial müdafiə, məşğulluq, səhiyyə xidmətləri, ədliyyə orqanlarının fəaliyyəti, bəzi vəzifəli şəxslərin işindən narazılıqlar və digərləri ilə bağlı olub.
Vətəndaşları fərdi qaydada dinləyən Millət vəkili qaldırılan məsələlərlə bağlı ətraflı izahatlar verib, zəruri tövsiyələrini bildirib. Qəbul zamanı bəzi problemlərin operativ həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə birbaşa telefon əlaqəsi saxlanılıb və müraciətlərin bir qismi yerindəcə həllini tapıb.
Digər məsələlərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə vətəndaşların müraciətləri qəbul olunaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi üçün qeydiyyata alınıb.
Subyekt.az