![]()
BƏZİ ƏRAZİLƏRDƏ ARABİR YAĞIŞ YAĞACAQ AYRI-AYRI YERLƏRDƏ LEYSAN OLACAQ
Bakıda və Abşeron yarımadasında
Bəzi yerlərdə fasilələrlə yağış yağacağı
yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Əsasən mülayim şimal-şərq, şərq küləyi səhər bəzi ərazilərdə mülayim cənub-şərq əsəcək.
Havanın temperaturu gecə 17+20 dərəcə , gündüz 23+25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Ölkənin bəzi ərazilərində arabir yağış yağacağı
ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yüksək dağlıq ərazilərdə qara keçəcəyi gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Rayonlarda mülayim külək əsəcək, bəzi ərazilərdə arabir güclənəcək.
Subyekt.az