![]()
Ötən gün 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan Abdullasoylu Həsən Zaur oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyinin ikinci kursunda təhsil alır. Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq zərbələri endirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.
Subyekt.az