![]()
Avqustun 5-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə çatıb.
Bu mərhələdə, Xocavənd şəhərinə 20 ailə – 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə – 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə – 17 nəfər köçürülüb.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Subyekt.az