![]()
Bu gün Azərbaycanın ilk peşəkar kinorejissorlarından biri Səməd Mərdanovun anadan olmasının 117 illiyi tamam olur.
Səməd Mərdanov 1909-cu ildə Tiflisdə anadan olub. 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini, Sergey Eyzenşteynin emalatxanasını bitirib.
Yaradıcılığına “Köçərilər”, “Mavi dənizin sahilində” və “Kəndlilər” filmləri daxildir. Xüsusilə “Kəndlilər” filmi Azərbaycan kinosunun qızıl fonduna daxil edilib.
Cəmi 29 il ömür sürən sənətkar 1939-cu ildə vəfat edib.
Subyekt.az