İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fransa Prezidenti Emmanuel Makronun Qəzza zolağında münaqişədə istifadə olunan silahların tədarükünü dayandırmaq çağırışına sərt reaksiya verib. Subyekt.az “Cebheinfo.az” a istinadən xəbər verir ki, bu barədə ofisin yaydığı bəyanatda deyilir: “İsrail İranın başçılıq etdiyi vəhşilik qüvvələrinə qarşı mübarizə apararkən, bütün sivil xalqlar İsrailin yanında möhkəm dayanmalıdır. Amma Prezident Makron və digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!” Netanyahunun ofisinin bəyanatında daha sonra deyilir: “İsrail əzəli düşmən İranın dəstəklədiyi qruplaşmalara qarşı çox cəbhəli müharibə aparır”.
Subyekt.az