Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilir. Azərbaycan gimnastı Nikita Simonov uğurlu çıxışı ilə yadda qalıb. Millimizin üzvü halqalarda çıxış zamanı yüksək nəticə göstərərək 1-ci yerin sahibi olub.