![]()
Azərbaycanda aqrobiznesin inkişafında əsas istiqamətlərdən biri daha yüksək əlavə dəyərin yaradılmasıdır.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda keçirilən “Aqrobiznesdə innovasiyalar və texnoloji inkişaf” panelində danışıb.
O qeyd edib ki, investisiya imkanları yalnız ilkin kənd təsərrüfatı istehsalı ilə məhdudlaşmamalıdır.
“Müasir emal, saxlama, soyuq zəncir, logistika, çeşidləmə və qablaşdırma sistemlərinin inkişaf etdirilməsi kənd təsərrüfatında yaranan dəyərin daha böyük hissəsinin ölkə daxilində qalmasına imkan yaradır. Bu proses eyni zamanda regionlarda yeni biznes və məşğulluq imkanlarının formalaşmasına şərait yaradır. Bizim məqsədimiz istehsaldan emala, emaldan logistikaya, logistikadan isə daxili və beynəlxalq bazarlara qədər rəqabətqabiliyyətli dəyər zəncirlərini inkişaf etdirməkdir”, – deyə nazir bildirib.
Subyekt.az