Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Naxçıvan Muxtar Respublikasının dəstəklənməsi çox önəmlidir:
Fazil Mustafa
“Yolların bağlı olduğu, dəhlizin açılmadığı vaxtlarda Naxçıvan çox ağır şərtlər altındadır. İnsanlar işsizlik problemi ilə üzləşiblər. Buna görə də dövlət proqramı qəbul olunub. Proqramın icrası ilə bağlı konkret layihələr təqdim olunduqca, maliyyə tutumu da müəyyənləşəcək. Bunun üçün azalmaya gedilib. Naxçıvana 320 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Məbləğin daxilində müəyyən proqramların həyata keçirilməsi düşünülüb. Bütün hallarda Naxçıvanın maliyyə cəhətdən dəstəklənməsi çox önəmlidir. Dəhliz açılana qədər insanların normal yaşayışını təmin etmək vacibdir. Həmin istiqamətdə də ciddi işlər görülməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə məsələyə belə münasibət bildirib:
Natiq Cəfərli
“Mərkəzi büdcədən ayrılmış vəsaitin xərclənməyən hissələri var. İl bitməmiş xərclənməyən hissənin azaldılması ilə bağlı belə qərarın alınması istisna deyil. Bu həm də Naxçıvanda xərclərin optimallaşdırılması ilə bağlıdır. Yeni idarəetmə forması tətbiq olunur, prezidentin şəxsi nümayəndəlik institutu yaradılıb. Ümumilikdə sözügedən proses texniki məsələlərdir”.
Subyekt.az