Skip to content
19 İyun 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Mədəniyyət
  • Nəsillərə nümunə olan ömür adamı- Zərifə xanım Əliyeva
  • Mədəniyyət

Nəsillərə nümunə olan ömür adamı- Zərifə xanım Əliyeva

10 May 2024
z
7

Loading

    

“Gənc yaşlarımdan mənim həyatım  dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm bu gündə bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəfəqiyyətlə  çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşımın olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”.

                                                          Ulu öndər Heydər Əiyev

 

Azərbaycan oftolmologiya sahəsində ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl  qəlbli insan, fədakar ana Zərifə Əziz qızı Əliyeva Azərbaycan oftalmologiya elminə böyük töhfələr vermiş akademik göstərdiyi   pedoqoji fəaliyyəti ilə bu sahədə kadrların hazırlanmasında da əvəzsiz xidmətlər göstərmişdir. 

“Zərifə xanımın fəxri adları, elmi titulları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir.” Akademik Zərifə xanım Əliyeva  həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini idi. Bu sahədə fədakarcasına çalışırdı. Bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirir, dəyərli çıxışlar, məruzələr edir, dünya xalqlarını hər çıxışında sülhə, əmin-amanlığa səsləyirdi. O, respublika “Bilik” cəmiyyəti idarə heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü kimi maarifçilərimizdən gələn ənənələri də uğurla davam etdirirdi. Zərifə xanım Əliyevanın tibb elminin inkişafı və pedaqoji kadrların hazırlanması sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. 1980-ci ildə bu xidmətləri nəzərə alınaraq ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işləri, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası” monoqrafiyası oftalmologiya sahəsində ən yüksək mükafata –  SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Onu da qeyd edək ki, Zərifə xanım keçmiş SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə isə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Həyatın, taleyin ona bəxş etdiyi ən böyük mükafat isə Zərifə Əliyevanın malik olduğu və elmi-ictimai işlərinin gərginliyinə rəğmən hər zaman qoruduğu qadın incəliyi və zərifliyi idi. Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı missiyasını da uğurla yerinə yetirirdi. O,

Ümummilli Lider Heydər Əliyevin ən sadiq silahdaşı olmuşdur. Ulu Öndər Heydər Əliyev  bu böyük insanın xatirəsini hər zaman hörmətlə anaraq deyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam”. Zərifə xanım Əliyeva Vətənimiz üçün iki layiqli övlad tərbiyələndirmişdi. Zərifə xanımın ictimai fəaliyyətini Azərbaycan Respublikasının Birinci vitseprezidenti, Heydər Əliyev fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva daha geniş miqyasda davam etdirir. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə dünyada sülhün təmin olunmasına, tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin yayılmasına töhfə verir. Akademik Zərifə xanım Əliyeva ilə bağlı düşüncələrdən bir həqiqəti dərk edirsən ki, ömrünü böyük mənəvi ideallara həsr etmiş şəxsiyyətlər heç zaman unudulmur. O ideallar yaşadıqca, var olduqca Zərifə xanım kimi şəxsiyyətlər də yaşayır. 

     1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Əliyeva Zərifə Əziz qızı 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1947-1949-cu illərdə Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Z.Əliyeva 1959-cu ildə  fəlsəfə doktoru, 1976-cı ildə  M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1977-ci ildə isə professor elmi adını almışdır.  1983- cü ildən isə Azərbaycan

Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Müxtəlif illərdə Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi, böyük elmi işçi sonralar Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində çalışmışdır.

Onun təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutunun Bakı Məişət kondisionerləri zavodu nəzdində işçilərin görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan ilk ixtisaslaşmış laboratoriyası təşkil edilmişdir. Eksperimental tədqiqatlar nəticəsində istehsalatda aşağı intensivli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğunluqları alim tərəfindən aşkar olunmuşdur. Z.Əliyevanın oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.

“Terapevtik oftolmologiya” kitabının müəllifi olan Zərifə xanımın bu kitabı indidə oftalmoloqların stolüstü kitabıdır. O, xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını tədqiq edən alimlərdən biri kimi gözün əlvan təbəqələrdə dəyişikliyini tədqiq edən alimlərdən olmuşdur. 

Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi olmuşdur. Z.Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpoziumlarda iştirak etmiş akademik Z.Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu yüksək səviyyədə keçirilmişdir (1977). Z.Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin,

“Oftalmologiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olmuşdur.

 Z.Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan (1981) ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına (1982) layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni (1982) ilə təltif olunmuşdur.

     Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli

Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adını daşıyır,

Bakı şəhərində mərkəzi küçələrdən birinə alimin adı verilmişdir. Akafemik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bu gün  elmin bütün sahələrində Azərbaycan qadınının izi vardır deyə bilərik.  Tibb sahəsində Azərbaycanın çoxlu alim qadınları yetişmişdir: Bunlardan Sara Nəzərli, Gülzar İmaməliyeva , Nəsibə Hüseynova, Məryəm Mahmudbəyova, Fəridə Əfəndiyeva, Solmaz İsrafilbəyli, Zəhra Salayeva və b. adlarını çəkə bilərik. 

 Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. 

Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayıldığından  traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdıb Azərbaycan

Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu və elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsi təşkil edirdi. Zərifə xanım traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. 

1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Oftolmologiya sahəsində onun təklif etdiyi müalicə metodu  tezliklə geniş təcrübi tətbiqini tapmışdır və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olunmuşdur.

    Zərifə xanım Əliyevada özünə şərəfli bir ad qoyub getmiş şəxsiyyətlərdən biridir.  Böyük yaradan ona elə böyük ürək bəxş etmişdir ki, qəlbinə elə bir nur bəxş etmişdir ki, onunla rastlaşan hər kəsin ürəyində  ilk növbədə bir ümid çırağı yanırdı.  Aparıcı: Azərbaycan xanımının mənəvi dəyərlərini özündə əks etdirən Zərifə xanım bir qadın bir ana, bir həyat yoldaşı, bir həkim, bir alim, bir ziyalı olaraq sağlığında əfsanələşməyi bacarmışdır. Elə buna görədir ki Zərifə xanımın xatirəsi doğma xalqının qəlbində əbədi yaşayacaqdır.

Sevil Əliyeva: Anam, uşaqlara, ailəyə çox bağlı idi. Bu onun üçün həmişə birinci yerdə dururdu. Atam bilirdi ki, anamın böyük elmi potensialı, qabiliyyəti var. Buna görədə onun irəli getməsinə çalışırdı. Yadımdadır gecə biz hamımız yatandan sonra anam öz elmi məqalələrini, monoqrafiyalarını işləyirdi. Onun, məşhurlaşmaq, başqalarından seçilmək arzusu yox idi.

Nail olduğu hər şey gərgin elmi axtarışların nəticəsi idi. Onun imkanlarını bilən atam icazə verə bilməzdi ki, bu potensial gerçəkləşməmiş, istifadəsiz qalsın.

Respublikamızın prezidenti cənab İlham Əliyev isə anası Zərifə xanımı belə xatırlayır:

“Mənim anamın həyat fəlsəfəsinin köklərini hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə teztez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O da çox xoşbəxt uşaq olub. Uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalıb”. 

 Həyatda bəzən qazanılan uğurlar təkəbbür, özündən razılıq və başqalarına laqeyidlik  hissləri yaradır. Lakin bu, yalnız güclü mənəviyyata malik insanları dəyişə bilmir. Zərifə xanımın ailəsi şöhrətin zirvəsinə çatdıqca o,  daha da sadələşirdi. Onun üçün ad -sandan, şan – şöhrətdən əvvəl mənəvi zənginlik əsas idi. 

 Azərbaycanın gənc, tanınmış modelyeri Fəxriyyə Xələfova Zərifə xanım haqqında bu fikirləri demişdir: “Zərifə xanım mənim xatirimdə hər zaman Azərbaycan qadınlarının, azərbaycanlı anaların təcəssümü, idealı kimi yaşayır. Onun ən yüksək insani keyfiyyətləri bu gün bütün qadınlara örnək olmalıdır. Bu keyfiyyətlər arasında onun alicənablığı, yüksək mədəniyyəti, intelektual səviyyəsi, xeyirxahlığı, qayğıkeşliyi və mehribanlığı əsas yerləri tuturdu. Mən onun zəhmətsevərliyinə, məsuliyyətinə, işgüzarlığına, yorulmaq nə olduğunu bilmədən fəaliyyət göstərməsinə, bacarığına heyran qalmışdım. Bütün bunlarla bərabər Zərifə xanım böyük bir insanın həyat yoldaşı idi. Və onun qayğılarını da Zərifə xanım elə əsas vəzifə borcu sayırdı. Zərifə xanımda bütün insanlığa sevgi dolu bir ürək vardı.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıtmış Akademik Zərifə xanım Əliyeva uzaq ellərdə də  xatırlanır.Türkiyənin Ankara şəhərindəki yeni parka akademik

Zərifə Əliyevanin adı verilmişdir. Türkiyə paytaxtı Keçiörən rayonu qadınlarının təşəbbüsü ilə Bələdiyyə Məclisi Ankaranın bu rayonunda salınan yeni parka həyat və fəaliyyəti ilə türk dünyası qadınına örnək olan, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adının verilməsi haqqında qərar qəbul etmişdir. Bələdiyyə Məclisinin qərarında bildirilir ki, parka Zərifə xanım Əliyevanın adının verilməsi “Bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığının daha bir parlaq nümunəsidir. Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok bildirmişdir ki, park  22 min kvadratmetr ərazidə yerləşir.

                      Aynur Turan

Aparıcı: Paytaxt Kiyevdən cəmi 30 kilometrlik məsafədə akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəb də vardır. Məktəbdə əksər Avropa xalqlarının dillərində, fars, ərəb, yapon və o cümlədən Azərbaycan dilində tədris aparılır. 2015-ci ildən

azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan birinci dərəcəli linqvistik məktəb sayılır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılarla yanaşı, burada daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. 

 

Subyekt.az

 

Continue Reading

Previous: Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib
Next: Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR

Arxivlər

İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    

Son Yazılar

  • Bir müddət əvvəl İran hökumətinə məxsus iki təyyarə ölkəni tərk edib
  • Sabah 34 dərəcə isti olacaq
  • Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək
  • “Putinə dedim ki, sən öz işinlə məşğul ol” – Tramp qəzəbləndi 
  • Quba rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Dünya

Bir müddət əvvəl İran hökumətinə məxsus iki təyyarə ölkəni tərk edib

18 İyun 2025
gün
  • Ölkə

Sabah 34 dərəcə isti olacaq

18 İyun 2025
1
  • Ölkə
  • Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev sabah Türkiyəyə səfər edəcək

18 İyun 2025
2
  • Dünya

“Putinə dedim ki, sən öz işinlə məşğul ol” – Tramp qəzəbləndi 

18 İyun 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə