Skip to content
18 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib
  • Ölkə

Dövlət Xidmətində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib

10 May 2024
WhatsApp Image 2024-05-10 at 15.42.28 (1)
2

Loading

10 may 2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib. Əvvəlcə Dövlət Xidmətinin rəhbər heyəti, Aparatın və Bakı qarnizonunda yerləşən struktur bölmələrin hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.

Fəxri xiyabanı ziyarətdən sonra Xidmətin inzibati binasında Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun və Xidmətin Aparatının rəhbər heyətinin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Azərbaycanın ən ali təltiflərindən sayılan “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir qrup şəxs bu medalla təltif edilib.

Təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, müavinləri, həmçinin 1-ci Qarabağ müharibəsində iştirak etmiş bir qrup “Milli Qəhrəman” və 44 günlük Vətən Müharibəsində iştirak edən “Vətən Müharibəsi Qəhrəmanı” da olub.

Ulu Öndərin anadan olmasının 101-ci il dönümü tədbirində medallar xidmət rəisi Mürsəl İbrahimov tərəfindən təltif olunanlara təqdim edilib. Təltif olunanlar Heydər Əliyevin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Subyekt.az

Continue Reading

Previous: *Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir*
Next: Nəsillərə nümunə olan ömür adamı- Zərifə xanım Əliyeva

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • Azərbaycan Jurnalistlər Birliyi “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsinin ilk görüşünü keçirib
  • DSX hərbçisi vəfat etdi
  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Namiq Dəlidağlı yaradıcılığının bədii koordinatları və poetik xüsusiyyətləri

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

3
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026
IMG-20260718-WA0010
  • Mədəniyyət
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Azərbaycan Jurnalistlər Birliyi “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsinin ilk görüşünü keçirib

18 İyul 2026
749404000_858792390422635_3446290338495725364_n
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

DSX hərbçisi vəfat etdi

18 İyul 2026
751865078_1682953282996689_42751466709273461_n
  • Ölkə
  • Xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.