Skip to content
03 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • MÜTƏQƏLQƏL…
  • Ölkə

MÜTƏQƏLQƏL…

05 May 2024
WhatsApp Image 2024-05-05 at 11.17.04
7

Loading

Deyirəm, vaxt gəlir-vədə yetişir Ukrayna Krıma, Moldova Dnestryanına, Gürcüstan Abxaziyaya nəzarəti bərpa edir (inşallah) və… ABŞ-ın həmin ölkələrdəki səfirləri azad olunan ərazilərə getmək təklifini geri çevirir – nəymiş, əfəndim, məgər “MƏN HARASA KİMİNSƏ ŞOUSUNUN İŞTİRAKÇISI OLMAQ ÜÇÜN GETMƏK İSTƏMİRƏM”miş… – Bir ritorik sual verək: təsəvvür edirsizmi, belə olsun? – Əlbəttə, yox! – ABŞ səfirləri ən öndə gedəcək o yerlərə, ən öndə.

Hələ-hələ Ermənistan Azərbaycanın ərazisini deyil, Azərbaycan Ermənistanın (şərti) ərazisini illər boyu işğalda saxlamış olsaydı və sonra o işğal bir şəkildə başa çatmış olsaydı, ABŞ necə davranardı?.. – Öncəsi, işğala görə bizə sanksiya sanksiya üstünə gələrdi və işğalsonrası Ermənistana “ll Marşall planı” tətbiq edib, onu bu coğrafiyanın “bir numarası” yapardılar…

Bax, ABŞ belənçik ABŞ-dır. İndi neynək, durub dinimizimi dəyişək?..

Bəli, okeanın o tayında ikilistandartlar bitmək bilmir ki, bilmir… 32 il öncə işğalçı Ermənistan dura-dura, işğala məruz qalmış Azərbaycana sanksiya tətbiq edən (yenə də sanksiyalardan dəm vuran) ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşaya getməkdən imtinasını şou-mou “əsas”nda “izah edib”… – “…Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm… Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”… Səfirə deyən lazım: “Vaxtı” çoxdan gəlib keçib, özü də laaap çoxdan…

Və ABŞ səfirinin Şuşaya getməsi bizimçün nəinki şou üçün, ümumiyyətlə, vacib deyil. Gedir-getsin, getmir-getməsin… Amma yadında saxlasın. – Həyatdır, örkən gəlib doğanaqdan keçər bir gün.

Bir gün o, özü “haqq incələr, üzülməz”miş deyər…

ƏvəlAllah!

Ermənistanda qeyri-adi dərəcədə böyük səfirlik qurmuş ABŞ-ın ordakı səfiri o “kadstrsız dövlət”in hər yerinə gedə, burdakı səfiri Şuşaya getməyə bilər; lakin hamı ABŞ kimi düşünmür; həmin o Ermənistanın KTMT ortağı olan ölkələrin –

Qazaxıstanın, Qırğızıstanın, habelə

Özbəkistanın, NATO-nun qüdrətli üzvü Türkiyənin nəinki səfirləri, Prezidentləri (çox sağ olsunlar!) Şuşaya gedib. Azərbaycan və Türkiyə Prezidentləri hələ 2021-ci ildə unikal “Şuşa Bəyannaməsi”ni imzalayıb!

Şuşaya gedən səfirlərin, digər xarici rəsmi şəxslərin, ictimai-siyasi, dövlət xadimlərinin, mədəniyyət, sənət, elm xadimlərinin sayı-hesabı yoxdur… Bir səfir, lap Fransa da böyründə – olsun iki səfir – bundan sonra heç Bakıdan və iqamətgahlarından qırağa çıxmasın – dünyamı dağılacaq?.. O ikisi (Rusiya ilə birgə) illər uzunu ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olaraq, erməniləri işğalı davam etdirməyə (möhkəmləndirməyə), bizi isə tormozlamağa çalışdı da, biz bununla barışdıqmı? Əlbəttə, barışmadıq. “Qarabağ – Ermənistandır və nöqtə” deyən, Şuşada şərab içib, “Yallı” “gedən” Paşinyan artıq etiraf edib: “Qarabağ – Azərbaycandır”. Böyük bacısından (böyük bacı-qardaş olmaq istəyən və ya “böyüklüy”ü inersiya ilə davam etdirənlərdən) fərqli olaraq, o, Barış Anlaşmasına indi daha yaxındır – uzaqların bədniyyətli etkisini dəf edə bilsə, yaxınların qədrini, dəyərini tam idrak edər, bəlkə… Qazax səmtdəki 35 sərhəd dirəyi, uzaqdakı 3-5 arapozandan daha çox lazımdır Paşinyana… Özü bilər…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 Əkbər Qoşalı

Subyekt.az

Continue Reading

Previous: Prezident İlham Əliyev Sərəncam imzalayıb
Next: “Bakı marafonu 2024” start götürüb

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub
  • FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
  • ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir
  • ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib
  • “AzərEnerji” Çin şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub

03 Sentyabr 2026
FHN
  • Ölkə
  • Xəbərlər

FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

03 Sentyabr 2026
ATƏT in nümayəndəsi
  • Dünya
  • Ölkə
  • Xəbərlər

ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir

03 Sentyabr 2026
ABŞ dizelin qiyməti
  • Dünya
  • Xəbərlər

ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib

03 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.