![]()
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 23 oktyabr 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Şuşa şəhərində Şuşa, Xankəndi, Xocalı və Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 15 oktyabr 2026-cı il tarixədək rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) və ya “mygov” portalı vasitəsilə müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridi.
Subyekt.az