7 oktyabr saat 15:00-dan etibarən aşağıdakı ünvanlarda təmir işləri aparılacaq:
Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində;
Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə.
Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.