![]()
Multidisiplinar media nümayəndəsi Şəlalə Camal növbəti ali təhsil mərhələsini uğurla başa vurub. O, bu münasibətlə məzuniyyət fotosunu rəsmi “Instagram” hesabında paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb. Paylaşımında bu uğurun uzun illərin zəhməti, əzmi və davamlı inkişaf yolunun nəticəsi olduğunu bildirib.
Qeyd edək ki, Şəlalə Camal ilk ali təhsilini rejissor sənəti ixtisası üzrə alıb. Sonrakı illərdə təhsilini davam etdirərək növbəti ali təhsil pilləsini də uğurla başa vurub.
Şəlalə Camal təhsil aldığı və əmək fəaliyyətini davam etdirdiyi dövrlərdə yüksək akademik göstəriciləri, ictimai fəallığı və peşəkar nailiyyətləri ilə seçilib. O, Prezident təqaüdünə layiq görülüb, həmçinin media, elm, təhsil və yaradıcılıq sahələrində qazandığı uğurlara görə bir sıra mükafat, fəxri fərman və diplomlarla təltif olunub.
Qeyd edək ki, Şəlalə Camal yalnız media sahəsində deyil, həm də bədii yaradıcılıq istiqamətində fəaliyyəti ilə tanınır. Müəllifi olduğu şeirlər, hekayələr geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır, yüksək rəğbət qazanır.
Şəlalə Camal paylaşımında əldə etdiyi diplomun onun üçün bir son deyil, yeni hədəflərə aparan növbəti mərhələ olduğunu bildirib. O, gələcəkdə də elmi fəaliyyətini və peşəkar inkişafını davam etdirmək niyyətində olduğunu vurğulayıb.




Subyekt.az