Skip to content
03 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Müharibə Avropanın qapısını döyür
  • Xəbərlər

Müharibə Avropanın qapısını döyür

30 Mart 2024
5

Loading

Ukrayna prezidenti və Polşa hökumətinin başçısı Qərbi yeni savaş riski ilə bağlı həyəcanlanmağa çağırıb: “Şişirtmirəm…”

“Ukrayna çətin vəziyyətdə olsa da müharibənin əvvəlinə nəzərən yaxşı vəziyyətdədir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib. Polyak baş nazir deyib ki, Ukraynanın pessimist ssenarilərdən yayınmağı bacarıb-bacarmayacağı Avropadan asılıdır. 

O, həmçinin etiraf edib ki, Ukraynadakı vəziyyət bir il əvvəllə müqayisədə bu gün daha çətindir, lakin eyni zamanda Rusiyanın Kiyevə hücumu etdiyi vaxtdan – müharibənin əvvəlindən qat-qat yaxşıdır. “Ola bilər ki, biz Ukraynadakı müharibə haqqında uzunmüddətli perspektivdə düşünməliyik. Bu, Avropa ölkələri üçün getdikcə daha çox yeni vəzifələr, məsuliyyət deməkdir. Ukraynanı mümkün olan ən yaxşı vəziyyətdə saxlamaq bizim marağımızdadır. Polşada hamı bundan xəbərdardır və bu, müzakirə mövzusu deyil”, – deyə o əlavə edib. “Müharibə artıq keçmişin anlayışı deyil, hər bir ssenari mümkündür və biz yeni dövrün gəlişinə zehni olaraq öyrəşməliyik, yəni müharibə qabağı dövrə. Mən şişirtmirəm. Bu, gündən-günə daha çox nəzərə çarpır. Bu səbəbdən Avropa müdafiə sahəsinə daha çox sərmayə qoymalı olacaq, lakin indi prioritet Ukrayna üçün texnika və sursat almaq üçün mümkün qədər çox xərcləməkdir, çünki biz İkinci Dünya müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq və əgər Ukrayna uduzsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək”, – Polşanın hökumət başçısı bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski də öz növbəsində Qərb ölkələrini gözləyən təhlükə ilə bağlı xəbərdarlıq edib: “ABŞ və Avropada hələ müharibə yoxdur, lakin çox yaxında bu müharibə başlaya bilər və Rusiya raketləri o istiqamətdə uçacaq”. Ukrayna rəhbərinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə girərsə, o zaman Amerika əsgərləri bütün Avropanı müdafiə etməli olacaq, çünki ABŞ NATO-nun üzvüdür. “Hazırda Birləşmiş Ştatlarda müharibə yoxdur, amma çox tezliklə müharibə ora gəlib çata bilər. Həm Avropaya, həm də ABŞ-a. Hələlik Rusiya raketləri ABŞ-a çatmır, amma sabah bu raketlər istənilən ölkəyə uça bilər”, – Zelenski vurğulayıb. Qeyd edək ki, Rusiya 2023-cü ilin oktyabrında hücum əməliyyatlarına başlamasından sonra Ukraynanın 505 kvadrat kilometr ərazisini ələ keçirib. Bu, Müharibə Araşdırmaları İnstitutunun məlumatında qeyd olunub. Bildirilib ki, təkcə bu ilin 1 yanvar-28 mart tarixləri ərzində Rusiya qüvvələri 100 kvadrat kilometrdən çox ərazini ələ keçirib. Rusiyanın döyüş meydanında kiçik nailiyyətləri əldə etməsi Ukraynanın ABŞ-dan gözlədiyi gecikən hərbi yardımlar fonunda üzləşdiyi sursat çatışmazlığı ilə əlaqədardır. Göründüyü kimi, iki qonşu ölkənin liderləri Qərbi müharibə riski ilə bağlı həyəcanlanmağa çağırır. Ümumiyyətlə, münaqişənin Avropaya keçəcəyi, yaxud NATO-Rusiya arasında birbaşa toqquşma olacağı haqda tez-tez proqnozlar səslənir. Son vaxtlar isə bu cür bəyanatlar rəsmi şəxslərdən eşidilir.

Dmitri Kuleba - həyat müasir Rusiyasız mümkündür, bunların hamısı olacaq - 1TV

Dmitri Kuleba

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba isə bildirib ki, rəsmi Kiyev Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi Sülh Formulası çərçivəsində Rusiya ilə sülh danışıqlarına başlaya bilər. Zelenski Kiyevin nizamlanma planını Moskvaya ötürmək niyyətində olduğunu təsdiqləyib, lakin bunu danışıqlar hesab etmədiyini vurğulayıb. Zelenskinin Sülh Formulasında 10 bənd var. Onlardan biri Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını və 1991-ci il sərhədlərinə dönməsini, o cümlədən Krımın və Donbasın qaytarılmasını nəzərdə tutur. Kreml dəfələrlə bəyan edib ki, Kiyevlə sülh yolu ilə nizamlanmaya yalnız “yerdə” mövcud olan reallıqlar nəzərə alınmaqla nail olmaq olar. Moskva müharibənin başa çatması üçün Ukrayna ərazisinin ilhaqının faktiki olaraq tanınması şərtini qoyur.

“Mən düşünmürəm ki, Rusiyanın Avropanı bombalamaq planı var. Heç Ukrayna müharibəsindən başı da açılmayacaq ki, Qərbi hədələyə bilsin. Putin xəbərdarlıq etmişdi ki, Fransa qoşunları Ukraynaya yeridilsə, o zaman rus silahlarının Avropanı vurmaq gücü var. Əlbəttə, rusların iştahı böyükdür, ən azı Şərqi Avropada yenidən rüzgar əsdirmək istəyərdi. Sadəcə, buna gücü çatmaz”,- siyasi ekspert Ramiyə Məmmədova Ukrayna və Polşa liderlərinin çıxışlarını qəzetimizə belə şərh edir. Onun sözlərinə görə, Zelenski və Tusk bu çağırışlarla müttəfiq ölkələri hərəkətlənməyə, Kiyevə daha böyük silah partiyası göndərməyə səsləyirlər. Ekspert Avropanın canından hələ də müharibə qorxusunun çıxmadığını düşünür: “Onlar qurduqları sistemin və komfortun dağılmasından narahatdırlar. Odur ki, bu cür açıqlamalarla müharibənin Avropanın qapısını döydüyünü deməyə çalışırlar. Əslində Qərb savaşın içindədir. Yəni proksi müharibə gedir, Avropa dövlətləri Kiyevi silahlandırır, könüllü döyüşçüləri hərbi əməliyyatlarda iştirak edir, iqtisadi nəticələri isə Qərb bazarlarına da təsirini göstərir. Bu mənada Avropa artıq müharibənin içindədir”.

Emil SALAMOĞLU

Subyekt.az

Continue Reading

Previous: Cəzalar sərtləşdirilir
Next: DİN vətəndaşlara müraciət etdi

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
  • Mehparə Kazımova Respublika Talassemiya Mərkəzində yeni vəzifəyə təyin olundu
  • Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib
  • Enerji gücü Dövlət ağlı ilə necə birləşir
  • Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri davam edir

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

St2BeXxLobWDGscQYc3M1780402262
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir

02 İyun 2026
FB_IMG_1780341643621
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Mehparə Kazımova Respublika Talassemiya Mərkəzində yeni vəzifəyə təyin olundu

02 İyun 2026
3ba6eb03-7941-4c16-a878-efa6acf8ba44_1780419225
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib

02 İyun 2026
ad0fde3b-6dba-440a-b298-53fbb2db9628
  • Ölkə

Enerji gücü Dövlət ağlı ilə necə birləşir

02 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.