![]()
İranın yeni ali rəhbəri Müctəba Xameneyi müharibənin əvvəlində atasının öldürüldüyü hava zərbəsi zamanı aldığı ağır üz və ayaq xəsarətlərindən hələ də müalicə alır. Bu barədə “Reuters“ Agentliyinə yaxın mənbələrdən bildirilib. Qeyd edilib ki, Tehranın mərkəzində ali rəhbərin iqamətgahına edilən hücum zamanı Xameneyinin üzü ciddi şəkildə zədələnib, həmçinin onun bir və ya hər iki ayağında ağır xəsarət qeydə alınıb.
Subyekt.az