![]()
Qazaxıstanın ölkəmizdə fəaliyyət göstərən səfirliyinin təşkilatçılığı ilə 12 aprel 2026-cı il tarixində, saat 10:00-dan 17:00-dək Bakı şəhərində yerləşən “Badamdar Hotel & Residence”də “Spring Charity Bazaar” adlı xeyriyyə yarmarkası keçiriləcək. Tədbirin rəsmi açılışı saat 11:00-da baş tutacaq.
Yarmarkada ziyarətçilər yerli və xarici ustaların əl işləri və müxtəlif məhsullarının satışını izləyə və əldə edə biləcəklər. Bununla yanaşı, milli və beynəlxalq mətbəxin ləziz təamları və şirniyyatları təqdim olunacaq.
Tədbir çərçivəsində qonaqlar üçün maraqlı musiqi proqramı, əyləncəli fəaliyyətlər və müxtəlif hədiyyələr nəzərdə tutulub. Uşaqlar üçün xüsusi olaraq xına və üz bəzədilməsi xidmətləri təşkil ediləcək, həmçinin lotereyalar və interaktiv oyunlar keçiriləcək.
“Spring Charity Bazaar” hər yaşdan olan iştirakçılar üçün maraqlı və yaddaqalan bir gün vəd edir.
Qeyd edək ki, tədbirdə yerli və xarici təşkilatlar, səfirliklər, eləcə də dövlət nümayəndələri iştirak edəcəklər.
Məkan: Badamdar Hotel & Residence, Bakı
Tarix: 12 aprel 2026
Saat: 10:00 – 17:00 (rəsmi açılış: 11:00)
Subyekt.az