Skip to content
03 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU
  • Xəbərlər

MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU

10 May 2024
WhatsApp Image 2024-05-10 at 19.33.14 (1)
5

Loading

Çağdaş dövlətçiliyimizin banisi 

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət Himni səsləndirilmişdir.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salmış, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulamış, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. General-polkovnik Əli Nağıyev bildirmişdir ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.

Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırmışdır.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə – DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilmişdir.

Subyekt.az

Continue Reading

Previous: Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək
Next: İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq.

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Rusiyada demoqrafik vəziyyət Putini dilə gətirdi – həll yolu varmı?
  • Bu məktəblərdə tədris ONLAYN OLACAQ
  • Vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Ceyhun Bayramov Pere Xuan Pons Sampietro ilə görüşüb
  • Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

5288988e0a88009af7a9eee5f7c5188a
  • Dünya
  • Xəbərlər

Rusiyada demoqrafik vəziyyət Putini dilə gətirdi – həll yolu varmı?

03 Sentyabr 2026
1
  • Ölkə
  • Təhsil
  • Xəbərlər

Bu məktəblərdə tədris ONLAYN OLACAQ

03 Sentyabr 2026
793212460_1535981855231468_3261304478284402586_n
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Xəbərlər

Vətəndaş qəbulunun vaxtı dəyişdirilib

03 Sentyabr 2026
1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Ceyhun Bayramov Pere Xuan Pons Sampietro ilə görüşüb

03 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.