![]()
Aprelin 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançaunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı və rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən spiker Sahibə Qafarova Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.
Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını müdafiə edirlər.

.

.

.

.

Subyekt.az