![]()
1854–cü ildə Şuşada anadan olan Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında əvəzsiz rolu var.
Görkəmli ədib “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. O, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük” və başqa əsərləri ilə Azərbaycan dramaturgiyasına yeni nəfəs gətirib.
Subyekt.az