Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
15 Sentyabr 2026
Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Pan-Afrika Parlamentinin nümayəndə heyətini Milli Məclisin Qambiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eyvaz Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.