![]()
Milli Məclisin iclasında
Fevralın 28-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bildirib ki, bildiyiniz kimi, fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirləri keçirilib. Asiya Parlament Assambleyası hazırda Milli Məclisin sədrlik etdiyi 5 beynəlxalq parlament təşkilatından biridir. Digər təşkilatlar isə Türk Dövlətlərinin Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.
Spiker qeyd edib ki, parlament diplomatiyası üçün mühüm platforma olan Asiya Parlament Assambleyasının sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların 35 nümayəndə heyəti, ümumən 280 nəfərdən çox nümayəndə iştirak edirdi.
Tədbirdə “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusu ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Asiya Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrləri, sədr müavinləri, üzvləri və Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış etdilər. Onlar regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində Asiya Parlament Assambleyasının mühüm rolu barədə danışdılar.

.

.

.

Subyekt.az