
30 Noyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşü keçirildi.
Torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verdi.
Subyekt.az xəbər verir ki, Millət Vəkili Günay Ağamalı seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Ümumi tərkibli görüşün ardınca Salyan rayon Kürqaraqaşlı kənd şəhidi Nağıyev Yasəf Böyükkişi oğlunun və Salyan rayon Ərəbqardaşbəyli kənd şəhidi Əliyev Rəşad Əmiralı oğlunun ailəsi ziyarət edildi.
#MilliMəclis #MillətVəkili #GünayAğamalı #VətəndaşQəbulu #Salyan
Subyekt.az