![]()
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir. Bəzi dağlıq ərazilərə isə qar yağır.
Bakıda 21 (aylıq normanın 72%-i), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 mm-dir.
Astarada 41, Oğuzda 40, Şəkidə 30, İsmayıllı, Yardımlıda 29, Lənkəranda 26, Qəbələdə 24, Göyçayda 22, İmişlidə 20, Balakəndə 19, Beyləqan, Cəfərxanda 17, Qubada 16, Ağdam, Tərtər, Sabirabadda 15, Kürdəmirdə 14, Cəlilabad, Bərdə, Ordubadda 13, Zərdab, Şamaxıda 12, Ağsu, Mingəçevir, Qobustanda 11, Biləsuvar, Naftalan, Goranboy, Şərur, Naxçıvanda 9, Yevlaxda 8, Sədərəkdə 7, Xaçmaz, Şabranda 5, Neftçala, Şəmkir, Culfada 4, Gəncədə 3, Cəbrayılda 1 mm-dək qeydə alınıb.
Xankəndinə sulu qar, Xocalı və Füzulidə isə yağış yağıb.
Subyekt.az