![]()
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Neftçala şəhəri ilə yanaşı Həsənabad, Xıllı qəsəbələri, Mirqurbanlı, Mikayıllı, Qaravəlli və Yuxarı Qaramanlı kəndlərindən olan sakinlər iştirak ediblər.
Vətəndaşlar əsasən işsizlik, sosial yardım, qaz, işıq, yol, torpaq və yaşayış binalarının təmiri ilə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanılıb, bir sıra problemlərin yerindəcə həlli təmin edilib, digər müraciətlər isə nəzarətə götürülüb.

.

.

.

Subyekt.az