![]()
Xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.
Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur.