![]()
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birlklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhəri, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Sülh küçəsi 35 ünvanında baş tutan qəbulda seçicilərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak edib.
Görüş zamanı deputat vətəndaşların problemlərini fərdi qaydada, diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Seçicilərin qaldırdıqları məsələlər əsasən məşğulluq, mənzil, torpaq, məhkəmə qərarlarının icrası, alimentlə bağlı və digər sahələri əhatə edib.
Vətəndaşları narahat edən problemlərin bir qismi qəbul zamanı, yerindəcə həll edilib. Qanunvericiliyə uyğun olan digər məsələlərin həlli üçün tədbirlərin görüləcəyi qəbul iştirakçılarıın diqqətinə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.










#MilliMəclis #MillətVəkili #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az