![]()
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camalın 50 illik yubileyi münasibətilə səmimi təbriklərimizi çatdırırıq.
Aqil bəy, yarım əsrlik ömür yolunuzda milli dəyərlərin qorunması, ictimai fikrin formalaşdırılması və jurnalistikanın inkişafı istiqamətində həyata keçirdiyiniz məqsədyönlü fəaliyyət yüksək qiymətə layiqdir. Sizin peşəkarlığınız, prinsipial mövqeyiniz və zəngin təcrübəniz media sahəsində nümunəvi fəaliyyət kimi dəyərləndirilir.
Bu əlamətdar yubileyiniz, eyni zamanda, doğulub boya-başa çatdığınız Kəlbəcərin azadlığı və soydaşlarımızın doğma yurda qayıdışı ilə əlamətdardır. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar üçün bu qayıdış mənəvi baxımdan böyük təsəlli və tarixi ədalətin təntənəsidir. Arzu edirik ki, bir daha xalqımız belə ağır sınaqlarla üzləşməsin.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji, həyat və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Gələcək fəaliyyətinizdə də daim nailiyyətlər qazanmağınızı diləyirik.
50 illik yubileyiniz mübarək!
Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az