Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Subyekt.az “Qafqazinfo” -ya istinadla xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Elin Mamayev maşını ağaca çırpıb. Sürücü hadisə yerində ölüb.
Subyekt.az