
Subyekt.az azpost -a istinadla bildirir ki, bu barədə Delfi məlumat yayıb. ABŞ ordusunun dörd əsgəri martın 25-də Litvanın şərqindəki Pabrade poliqonunda təlim zamanı itkin düşüb və sonradan öldüyü təsdiqlənib.
KİV-in məlumatına görə, hadisə zamanı 1-ci briqada, 3-cü piyada diviziyasının əsgərləri planlı taktiki təlimlərdə iştirak ediblər. Onlar itkin düşəndən sonra onların axtarışına kömək etmək üçün Litva və xarici hərbçilər, eləcə də Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin helikopterləri cəlb olunub.
Onların hərbi maşını bataqlıqda tapılıb. Rəsmilər hələlik bu məlumatı təsdiqləməyib. Baltic News Service xəbər verir ki, bunun arxasında Rusiya və Belarus kəşfiyyat xidmətləri dayana bilər.
Subyekt.az