![]()
Cənubi Koreyanın paytaxtı Seulda dəhşətli qəza baş verib. Motosikletçi yolda qəflətən əmələ gələn nəhəng çuxura nəqliyyat vasitəsi ilə birlikdə düşüb. Onun cəsədi 18 saatlıq axtarış-xilasetmə işlərindən sonra 20 metr dərinlikdə aşkar edilib.
Subyekt.az məlumat verir ki, bu barədə BBC-xəbər verir.
Kadrlardan görünür ki, torpaq çökən zaman oradan avtomobil keçir. Ancaq avtomobilin sürücüsü möcüzə nəticəsində çuxura düşməkdən xilas olub. Buna baxmayaraq, o xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Maşının ardınca gələn motosikletçi isə faciədən yan keçə bilməyib.
Subyekt.az