Skip to content
04 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • “Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olar”
  • Xəbərlər

“Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olar”

12 Aprel 2024
IMG-20240412-WA0017
4

Loading

“Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olar”

“Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciət ünvanlanacaq”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin X hesabında paylaşım edib.

Maraqlıdır, Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi sadəcə Laçının deyil, işğaldan azad edilən ərazilərimizdə mədəniyyətin inkişafına hansı töhfələr verə bilər?

Bu haqda açıqlama verən millət vəkili Mahir Abbaszadə bu addımın mənəvi-mədəni baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb:

“Təbii ki, Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olardı. Çünki Laçın əsrlərdir ki, zəngin mədəniyyəti ilə diqqət çəkib. Laçın rayonu ərazisində mövcud olan qədim tarixi-mədəni və dini abidələr, onların ümumbəşəri və ümummədəni əhəmiyyəti hər kəsə məlumdur.

Laçın həm də özünün məşhur ziyalıları, böyük mədəniyyət xadimləri, istedadlı sənətkarları ilə məşhur olub. Əməkdar artist, xalqın sevimlisi mərhum Məhəbbət Kazımov buna nümunədir.

Bu gün də respublikamızın mədəni həyatında aktiv iştirak edən, ölkəmizin mədəni inkişafına böyük töhfələr verən sənət adamları içərisində bu rayonun təmsilçiləri yetərincədir. Bunlardan Əməkdar artist Ehtiram Hüseynov, qran-pri mükafatçısı tarzən Ayaz İmranovu qeyd etmək olar.

Bu baxımdan hesab edirəm ki, Laçın MDB-nin mədəniyyət paytaxtı statusunu daşımağa layiqdir və ona bu statusun verilməsi Qarabağ və ətraf ərazilərdə mədəniyyətin inkişafı üçün ciddi mənəvi stimul ola bilər.

Mən bu təşəbbüsünə görə Azərbaycan XİN-nə də təşəkkür edir, başda hörmətli Ceyhun Bayramov olmaqla bütün diplomatlarımıza minnətdarlığımı bildirirəm”.

Seymur ƏLİYEV

Subyekt.az

Continue Reading

Previous: Ağdamda mina hadisəsi baş verib
Next: “Xocavənd əməliyyatı”nda sağ qalan kəşfiyyatçı: Mənə ağır işgəncələr verilirdi.

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib
  • Yeni stansiya “20 Sentyabr” adlandırılacaq
  • Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib
  • Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
  • Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1esasWhatsApp Image 2026-09-04 at 18.07.31 (1)_1788531585
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026
3773831132597017629
  • Ölkə
  • Xəbərlər

Yeni stansiya “20 Sentyabr” adlandırılacaq

04 Sentyabr 2026
793212780_1383060417267242_7436430082950962543_n
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib

04 Sentyabr 2026
831646d1-73cc-4f4b-9fd9-4d0f1b3b43b9
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

04 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.