Screenshot
![]()
Azərbaycan Respublikası Taekvondo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçirilən Respublika birinciliyində yüksək nəticə əldə olunub. Kəlbəcər rayon sakini, əslən Hacıkənd kəndindən olan Əlizadə Kənan Sirac oğlu yarışda uğurla çıxış edərək fəxri II yerə layiq görülüb.
Gənc idmançının qazandığı bu nailiyyət onun uzunmüddətli və gərgin məşqlərinin, yüksək əzmkarlığının və idmana olan sadiqliyinin nəticəsi kimi qiymətləndirilir. Kənan Əlizadənin göstərdiyi performans onun gələcəkdə daha böyük uğurlara imza atacağına inam yaradır.
Mütəxəssislər hesab edirlər ki, perspektivli idmançı qarşıdakı illərdə peşəkarlıq səviyyəsini daha da artıraraq respublika daxilində keçirilən yarışlarda lider mövqelər uğrunda mübarizə aparacaq, həmçinin beynəlxalq turnirlərdə və Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil etmək potensialına malikdir.
Kənan Əlizadəyə möhkəm cansağlığı, uğurlu idman karyerası və yeni zirvələr arzulayırıq.




Subyekt.az