![]()
Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində “Prius” markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib. Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır:
“ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır”.
Subyekt.az