![]()
Kəlbəcər şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məktəblilər arasında 64 xanalı dama üzrə turnir təşkil olunub.
Subyekt.az xəbər verir ki, turnir Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 7–9-cu sinif şagirdlərinin iştirakı ilə keçirilib.
İntellektual idman növü olan dama üzrə təşkil edilən yarış şagirdlərin məntiqi təfəkkürünün, strateji düşünmə bacarıqlarının və diqqətinin inkişaf etdirilməsi, eləcə də məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşdırılması baxımından əhəmiyyət daşıyıb.
Turnirin yekun nəticələrinə əsasən, iştirakçılar arasında qaliblər müəyyənləşdirilib:
* I yer — Tacir Şükürlü
* II yer — Sərxan Əsgərli
* III yer — Murad Şahmuradlı
Qeyd edək ki, bu cür intellektual yarışların təşkili məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların zehni potensialının üzə çıxarılması və idmana marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Subyekt.az turnirin qaliblərini təbrik edir, onlara gələcək təhsil və idman fəaliyyətlərində yeni uğurlar arzulayır.











Kəlbəcər
Subyekt.az