![]()
Avqustun 17-də doğma yurduna yola salınan köç karvanları Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə çatıb.
İlk mərhələdə Quzeyxırman kəndinə köçürülən 82 nəfərdən ibarət 18 ailəyə, Güneyxırman kəndinə isə 103 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

.

.

.

Subyekt.az