![]()
Bu gün Azərbaycanın görkəmli bəstəkarı, dirijoru və musiqi xadimi Müslüm Maqomayevin anadan olmasının 84 illiyi tamam olur.
Müslüm Maqomayev 1885-ci ildə Qroznıda anadan olub. Qori Müəllimlər Seminariyasında təhsil alıb, burada Üzeyir Hacıbəyli ilə tanış olub. Yaradıcılıq fəaliyyəti ərzində “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, həmçinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edib.
Onun “Şah İsmayıl” və “Nərgiz” operaları Azərbaycan musiqi sənətinin inkişafında mühüm yer tutur. Müslüm Maqomayev 300-dən artıq xalq mahnısı və rəqs havasını nota alıb, milli musiqimizin toplanması və təbliğinə böyük töhfə verib.
Böyük bəstəkar 1937-ci ildə vəfat edib.
Subyekt.az