Skip to content
09 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Kriminal
  • Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı
  • Kriminal

Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı

30 Noyabr 2024
pul
2

Loading

Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.

Subyekt.az  Turkustan.az -a  istinadən xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb.

Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda atasının adına olan evdə yaşayıb. Kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb.

Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 min 765 manat kompensasiya alıb.

Bu əməlinə görə müəllim Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş arvadı və qayınatası da ifadə verib. Onların dedikləri ilə verilmiş ittiham bir daha təsdiq edilib. Qayınata bildirib ki, keçmiş kürəkəninin atasına məxsus evdə qaldığı halda dövlətdən kirayə pulu aldığını qızının boşanma prosesində öyrənib. Bundan sonra özü də şəxsən aidiyyəti üzrə şikayət edib.

İstintaq dövründə təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. Bu səbəbdən İnstitut mülki iddianı geri götürüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elyasov 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvədə saxlanılıb.

Subyekt.az 

Continue Reading

Previous: 23 yaşlı qız dəm qazından boğulub
Next: Narkotik vasitələrlə birgə maşınını da yandırdı

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar
  • Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib
  • Ceyhun Cəlilov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək
  • İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb
  • Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə səfəri çərçivəsində BMT-dəki Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

798884386_122122903287259102_4733674958688759345_n
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

09 Sentyabr 2026
801439737_1558097769691474_8482008965853451040_n
  • Ölkə
  • Xəbərlər

Dövlət Gömrük Komitəsinin sədri Samux şəhərində vətəndaşları qəbul edib

09 Sentyabr 2026
796787956_4481789035470548_8139422143997859243_n
  • Ölkə
  • Xəbərlər

Ceyhun Cəlilov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

09 Sentyabr 2026
801164614_1397197912518002_6238058523280148885_n
  • Ölkə
  • Qarabağ
  • Xəbərlər

İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb

09 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.