Skip to content
13 May 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Kriminal
  • Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı
  • Kriminal

Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı

30 Noyabr 2024
pul
2

Loading

Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.

Subyekt.az  Turkustan.az -a  istinadən xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb.

Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda atasının adına olan evdə yaşayıb. Kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb.

Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 min 765 manat kompensasiya alıb.

Bu əməlinə görə müəllim Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş arvadı və qayınatası da ifadə verib. Onların dedikləri ilə verilmiş ittiham bir daha təsdiq edilib. Qayınata bildirib ki, keçmiş kürəkəninin atasına məxsus evdə qaldığı halda dövlətdən kirayə pulu aldığını qızının boşanma prosesində öyrənib. Bundan sonra özü də şəxsən aidiyyəti üzrə şikayət edib.

İstintaq dövründə təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. Bu səbəbdən İnstitut mülki iddianı geri götürüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elyasov 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvədə saxlanılıb.

Subyekt.az 

Continue Reading

Previous: 23 yaşlı qız dəm qazından boğulub
Next: Narkotik vasitələrlə birgə maşınını da yandırdı

Arxivlər

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr    

Son Yazılar

  • Nadir İsrafilov: “Məktəb direktorunu seçəndə araşdırma aparılmalı idi, azad edəndə yox…”
  • Oğuzda Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
  • Növbəti iki gün güclü külək əsəcək
  • İlham Əliyev Sərəncam imzalayıb
  • Paytaxtın məşhur dairəsi ləğv olunur

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

Screenshot_20250513_203407_Facebook
  • Ölkə
  • Təhsil

Nadir İsrafilov: “Məktəb direktorunu seçəndə araşdırma aparılmalı idi, azad edəndə yox…”

13 May 2025
FB_IMG_1747153394497
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Oğuzda Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

13 May 2025
külək
  • Ölkə
  • Sosial

Növbəti iki gün güclü külək əsəcək

13 May 2025
il
  • Ölkə
  • Sosial
  • Xəbərlər

İlham Əliyev Sərəncam imzalayıb

13 May 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə