“Hörmətli izləyicilər!
İlk vətəndaş qəbulu cari ilin 12-26 oktyabr tarixində saat 12:00-da Gəncə şəhəri, Kəlbəcər Rayon İcra Hakimiyyətində yerləşən qərargahımızda keçiriləcək. Zaman-zaman bütün bölgələrdə bu proses davam edəcəkdir. Əlavə suallar və digər məsələlər üçün qeyd olunan +994993091131 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur”. Millət vəkili bu müraciəti həm də sosial şəbəkə hesabından da edib. Qeyd edək ki, Mircəlil Qasımlı Kəlbəcər rayon 123 saylı seçki dairəsindən 8465 səs olaraq dairə seçicilərinin 53.6 faiz səsini toplamaqla Sentyabrın 1-də keçirilən parlament seçkilərində inamlı qələbə əldə etmiş, Milli Məclisin deputatı olmuşdur.
Seçki zamanı seçiciləri ilə mütəmadi görüşlər keçirən, onların problemləri ilə yaxından tanış olan M.Qasımlının ilk rəsmi görüşü həmin missiyanın davamıdır. Vətəndaş narahatligını yerindəcə dinləyib, birbaşa həllinə çalışan millət vəkilinin ən ümidə missiyası vətəndaşın rifahı və bu rifahın uzunömürlülüyüdür.
Yaşının gənc olmasna baxmayaraq, o məhz xalqın içərisindən cıxdiğı və deyərdim ki, xalqın oğlu olduğu üçün el adət, ənənələrinə riayyət edir və el ağsaqqallarının məsləhətini dinləyir, ən əsası isə xalqın – doğma yurddaşlarının siması olmağı bacarır.
Onun sözü, seçicilərinin səsidir.
Subyekt.az xəbər portalı olaraq biz də vətənin ziyalı , bir o qədər də nüfuzlu oğlu Mircəlil Qasımlıya uğurlar diləyir, gözəl və novotor amallarını layiqincə həyata keçirməsini arzulayırıq.
#MilliMəclis #Parlament #MircəlilQasımlı #Kəlbəcər
Subyekt.az