![]()
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov rayon ərazisində yerləşən qəbiristanlıqlara baxış keçiriblər.
Subyekt.az xəbər verir ki, baxış zamanı işğal dövründə vandalizmə məruz qalmış və dağıdılmış qəbiristanlıqların mövcud vəziyyəti ilə tanış olunub. Eyni zamanda, qəbiristanlıqların bərpası, abadlaşdırılması, tarixi və dini-mənəvi irsin qorunması istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində rayon sakinləri ilə də görüş keçirilib. Görüşdə vətəndaşların təklif və fikirləri dinlənilib, işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni və dini irs nümunələrinin bərpası, qorunması, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni irsin bərpası dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu sahədə həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir.









#Kəlbəcər #BöyükQayıdış #Dinikomitə
Subyekt.az