![]()
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər şəhərində vətəndaşları qəbul edib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması, dini maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, dini təhsil, məşğulluq və digər məsələləri əhatə edib.
Dövlət Komitəsinin sədri hər bir müraciətə diqqətlə yanaşıldığını bildirib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə Komitənin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı vətəndaşların təklifləri də dinlənilib, onların qaldırdıqları məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.








#Kəlbəcər #Dinikomitə #VətəndaşQəbulu
Subyekt.az